ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, o, diktator olmayacaq və əsas vəzifələrindən biri Ukraynada münaqişəyə son qoymaq olacaq. Bundan əlavə Tramp ABŞ üçün baş ağrısına çevrilən miqrant probleminin həllində daha sərt mövqe tutacağını bəyan edib.
ABŞ mətbuatının verdiyi məlumata görə, Trampın iş planına həmçinin miqrantların kütləvi deportasiyasının başlanması, Bayden administrasiyasının təhsil siyasətlərini dəyişdirilməsi, federal hökuməti yenidən təşkil edilməsi, 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumda rollarına görə həbs edilmiş insanlar üçün əfv elan edilməsi daxildir.
Oxuməni.az