AZ

“Qarabağ”ın növbəti rəqibi yerli liqada qələbə qazandı

style='margin-bottom:10px;'>

 

Fransa Liqa-1-də 11-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, Avropa Liqasının 5-ci turunda “Qarabağ”ın rəqibi olan “Lion” “Sent-Etyen”i qəbul edib. Oyun “Lion”un 1:0 hesablı qələbəai ilə yekunlaşıb. 

Yeganə qolu 29-cu dəqiqədə Aleksandr Lyakazett vurub.

Matçın iştirakçıları arasında “Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji də olub. “Sent-Etyen”də çıxış edən 29 yaşlı seneqallı futbolçu 77-ci dəqiqədə oyuna daxil olub. 

Bu qələbədən sonra “Lion” 11 oyundan 18 xalla 5-ci yeri tutur. Lider PSJ-nin 29 xalı (11 oyun) var.

Qeyd edək ki, “Qarabağ”la “Lion” arasında görüş noyabrın 28-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
66
12
teleqraf.com

10Mənbələr