AZ

Tramp seçkidən sonra Putinə zəng edərək onu Ukraynadakı vəziyyəti gərginləşdirməməyə çağırıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə axşamı, noyabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, The Vashington Post (VP) yazır.

Nəşrin mənbələrinə görə, Tramp və Putin Avropa qitəsində sülhə nail olmağın zəruriliyindən danışıblar və Tramp “Ukraynadakı münaqişəni tez bir zamanda həll etmək” üçün gələcək danışıqlarda maraqlı olduğunu bildirib.

Trampın Rusiya liderini “Ukraynadakı vəziyyəti gərginləşdirməməyə” çağırdığı, həmçinin ABŞ-ın Avropadakı əhəmiyyətli hərbi mövcudluğunu xatırlatdığı iddia edilir.

VP-nin vəziyyətlə tanış olan iki mənbəsi bildirib ki, Ukrayna hökuməti Tramp və Putin arasındakı zəng barədə məlumatlandırılıb və söhbətin baş tutmasına etiraz etməyib. Onlar bildiriblər ki, Kiyev rəsmiləri çoxdan başa düşüblər ki, Tramp Ukraynada diplomatik nizamlanma üzərində Putinlə işləyəcək.

Ukrayna Xarici İşlər Nazirliyi Tramp və Putin arasında telefon danışığından xəbəri olduğunu inkar edir.

“İddia edilən zənglə bağlı Ukrayna tərəfinin əvvəlcədən məlumatlandırıldığı barədə xəbərlər yalandır. Müvafiq olaraq, Ukrayna bu çağırışı dəstəkləyə və ya ona qarşı çıxa bilməzdi”, - Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi Reuters-ə bildirib.

Oxuməni.az

Seçilən
62
16
oxumeni.az

10Mənbələr