AZ

Lənkəranda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib - FOTO - VİDEO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları  ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması
məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyəti şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Son 1 ay ərzində rayon ərazisində sanitar qayda pozuntusuna yol verən 44 şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
54
14
avtosfer.az

10Mənbələr