AZ

COP29 maliyyə məsələlərinə həsr edilmiş konfrans olmalıdır - "IBON International"

Bakı. Trend:

COP29 qlobal Cənub ölkələrinin təcili ehtiyaclarına cavabverməli olan maliyyə məsələlərinə həsr olunmuş bir konfransolmalıdır.

Trend xəbər verir ki, bunu“IBON International”ın iqlim ədaləti proqramının siyasi əməkdaşıJaks Bonqon "İqlim ədalətinin tələb edilməsi üzrə qlobal kampaniya"mövzusunda panel müzakirəsi zamanı bildirib.

"COP29 qlobal Cənub ölkələrinin təcili ehtiyaclarına cavabverməli olan maliyyə məsələlərinə həsr edilmiş konfrans olmalıdır.Bu bölgələrdə insanlar dəniz səviyyəsinin yüksəlməsi, daşqınlar,supertayfunlar, istilik dalğaları və quraqlıq qarşısında həyatlarıüçün mübarizə aparırlar", - J.Bonqon deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bugündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən ildekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
42
3
az.trend.az

4Mənbələr