AZ

Azərbaycan "yaşıl enerji koridorları" ilə rifah ixrac etməklə çox məşhurdur - Elnur Soltanov

Bakı. Trend:

Azərbaycan, doğrudan da, "yaşıl enerji koridorları" mövzusundaçox məşhurdur. Bu koridorlarla nəinki enerji təhlükəsizliyi,həmçinin, rifah ixrac etməklə çox məşhurdur.

Bu sözləri Trend-ə Azərbaycanenergetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçıdirektor Elnur Soltanov deyib.

O bildirib ki, bizim üçün ən önəmli məsələ həm vətəndaş, həm dədövlət qulluqçusu olaraq Azərbaycanın maraqlarıdır:

"COP29 elə bir hadisədir ki, burada Azərbaycanın maraqlarınaxidmət dünyanın maraqlarına xidmətə keçir. Bəlkə də, çoxtəkrarlanmayan, lakin möhtəşəm tədbirlər sırasında, COP29-a gələnbütün proseslər işığında dünyanın maraqları ilə Azərbaycanınmaraqları üst-üstə düşür.

Biz hazırda insanlığın ən böyük təhdidi olan iqlimdəyişmələrinin həlli istiqamətində hər kəsi bir araya toplayaraqalacağımız qərarlar və bunun, dediyim kimi, həllinə verdiyimiztöhvə dünyaya ən böyük hədiyyəmiz və Azərbaycana geri dönəcəkdəfələrlə böyük bir hədiyyə təşkil etmiş olacaq".

E.Soltanov Azərbaycanın "yaşıl artım" mövzusunda COP29-dan birneçə ay və hətta bir neçə il əvvəl belə, dəfələrlə "yaşıl artım"istiqamətində addımlar atdığını vurğulayıb:

"Hər zaman ağıla gələn sual budur ki, liderlik etdiyiniz mövzudanümunəvi davranış sərgiləyirsinizmi? Çünki bu, liderliyinetibarlılığına təsir edən çox əhəmiyyətli faktordur. Biz çox qürurduyuruq ki, Azərbaycan "yaşıl artım" mövzusunda COP29-dan bir neçəay əvvəl və hətta bəlkə də, bir neçə il əvvəl belə dəfələrlə "yaşılartım" istiqamətində addımlar atırdı.

Yəni bizim COP29-dan sonra, demək olar ki, təşəbbüslərimiz çoxaz idi, amma COP29-dan əvvələ təsadüf edirdi bu təşəbbüslərimiz.Bu, onu göstərir ki, biz kiməsə nəyisə isbat etmək üçün buaddımları atmırıq. Biz dünyanın məsul, məsuliyyətli bir vətəndaşı,dövləti, xalqı olaraq bu addımları atmaqdayıq. Bu mənada, COP29-unAzərbaycana həvalə edilməsi də məhz atdığımız daha əvvəlkiaddımlara görə mükafat idi.

Eyni zamanda, bu addımlar bütün dünyaya bizi yaxşı mənada təqibetmələri üçün bir fürsət platformasına çevirdi. Çünki biz, doğrudanda, Qarabağda "yaşıl enerji" konseptini hazırlayandan başa düşüldüki, dünyada bu ölçüdə "yaşıl enerji zonası" yoxdur.

Şəhərlər, qəsəbələr, kəndlər olsa da, bu nəhəglikdə bir ərazidəbelə bir təşəbbüs yox idi. "Yaşıl enerji" koridorları çox maraqlaqarşılandı. Çünki Azrbaycan, doğrudan da, "yaşıl enerjikoridorları" mövzusunda çox məşhurdur.

Bu koridorlarla nəinki enerji təhlükəsizliyi, həmçinin, rifahixrac etməklə çox məşhurdur. Əlbəttə ki, 21-ci əsrin çağırışı "yaşlçağırış"dır. Biz bu dəfə koridorlar mövzusunda olan təcrübələrimiziyaşıl istiqamətə yönləndirdik. Eyni zamanda, bunu bütün dünyayaörnək davranış kimi göstərdik. Demək olar ki, bu sahədə kifayətqədər konseptuallaşmış şəkildə dünya proyektinə çevrilir deyəbilərik".

Seçilən
35
3
az.trend.az

4Mənbələr