AZ

“Zauber” heyətini tam dəyişəcək

“Formula-1” üzrə dünya çempionatında mübarizə aparan komandalardan “Zauber” 2024 mövsümünün ardından pilotların tərkibini tam dəyişəcəyini elan edib. “Zauber” çempionat başa çatandan dərhal sonra Valtteri Bottas və Quanyu Çjou ilə vidalaşacaq.

Artıq komandanın braziliyalı Qabriel Borotleto ilə müqavilə imzaladığı da məlimdi. Adı çəkilən pilot “Formula-2”də mövsümün sonun iki mərhələ qalmış liderdi. “Zauber”in 2025 mövsümündəki digər pilotu isə hazırda “Haas”da çıxış edən Niko Hülkenberq olacaq.

Daha bir maraqlı məqam odu ki, "Formula-1" üzrə dünya çempionatında 8 ildən sonra braziliyalı pilot mübarizə aparacaq. 20 yaşlı Bortoleto 2017-ci ildə karyerasını başa vuran Felipe Massadan sonra "Formula-1"də ilk braziliyalı olacaq.

Təbii ki, “Zauber”in heyətlə bağlı belə radikal addım atmasının səbəbi var. Dünya çempionatında mövsümün sonuna üç mərhələ qalmış komanda Mühəndislər kubokunda 10-cu pillədə qərarlaşıb, özü də arxada qalan 21 mərhələdə xal toplamağı bacarmadan.

Artıq Bottasın karyerasını harda davam etdirəcəyi də bəllidi. "Zauber"dən ayrılan 35 yaşlı pilot "Mersedes"lə müqavilə imzalamağa yaxındı. Qeyd edək ki, Bottas 2017-21-ci illər aralığında da Almaniya təmsilçisində çıxış edib.

Seçilən
26
football-plus.az

1Mənbələr