AZ

Bu ölkədə fövqəladə vəziyyət rejimi elan edildi

Kolumbiya Prezidenti Qustavo Petro şiddətli yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib. SİA xəbər verir ki, bu barədə Kolumbiya dövlət başçısının administrasiyası məlumat yayıb.

Meteoroloqlar yağışlar mövsümünün dekabrın sonunadək davam edəcəyini proqnozlaşdırır. Hakimiyyət orqanları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əsas səyləri paytaxt Boqotada, həmçinin Quahira və Çoko departamentlərində cəmləyib.

“El Tiempo” qəzetinin məlumatına görə, indiyədək 46 mindən çox ailə daşqınlardan zərər çəkib. Leysan yağışları bəzi rayonlarda çayların məcrasından çıxmasına səbəb olub.

Seçilən
12
sia.az

1Mənbələr