AZ

Lotereyadan 10 milyon qazan cütlük bu hərəkətləri ilə diqqət çəkdi

Lotereyadan 5,5 milyon avro (10 milyon AZN-dən çox) qazanan cütlük psixi pozğunluq keçirib. Nə edəcəklərini bilməyən yaşlı cütlük şanslı bileti bankaya qoyub, bağçalarında basdırıblar və həftələrlə gözləyiblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İrlandiyada baş verən hadisə hər kəsin diqqətini çəkib. 

Belə ki,  yaşlı cütlük onilliklər ərzində müntəzəm olaraq lotoreya biletini alıblar. Lakin bu dəfə onların bəxti gətirib.  5,5 milyon avro qazanan kişi və qadın sevinclərindən bir sutka yatmadıqlarını açıqlayıblar. Daha sonra onlar biletin oğurlanacağından vəyaxud itəcəyindən qorxaraq kağız parçasını gizlətmək qərarına gəliblər. 5,5 milyonluq çeki bankanın içinə qoyub bağçada basdırıblar. Hadisədən nə az nə çox dörd həftə sonra cütlük lotereyanı nağdlaşdırmamaq qərarına gəliblər. 

Cütlük cekpotu toplamaq üçün Dublindəki lotereya şirkətinin baş ofisinə gediblər. 

Onlar üçün təşkil edilən kiçik miqyaslı şənlikdə açıqlama verən ikili, 5,5 milyon avroluq cekpotdan necə istifadə edəcəkləri sualına belə cavab verib: "Dünyanı səyahət etmək istəyirik. İndi həyatımızı daha sakit və yüngül yaşayacağıq, bəlkə də arada bir lotereya oynamağa davam edəcəyik”. 

Seçilən
29
unikal.az

1Mənbələr