AZ

“Terrorun olmadığı mühiti ölkəmizdə mütləq bərqərar edəcək və möhkəmləndirəcəyik”, R.T.Ərdoğan

 

Rəcəb Tayyib Ərdoğan bir daha terrorla mübarizədə qətiyyətli mesaj verdi.

Çankaya Köşkündə keçirilən Nazirlər Kabineti iclasından sonra xalqa müraciət edən prezident çıxışına 86-cı vəfat ilində “Milli mübarizə”nin baş komandiri, Türkiye Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkü rəhmətlə yad edərək başladı. Çıxışında terrorla mübarizədə qətiyyətli mesaj verən Ərdoğan "Terrorun olmadığı, separatçı təşkilatın kölgəsinin siyasət və cəmiyyət üzərindən tamamilə çəkildiyi firavan, sakit və təhlükəsiz bir mühiti ölkəmizdə mütləq bərqərar edəcək və möhkəmləndirəcəyik" ifadələrini işlətdi. O, Türkiyənin Qəndildəki terrorçuların alovlandırdığı bu qanlı və namərd ölüm tələsini darmadağın etməkdə qətiyyətli olduğunu və bundan geri çəkilməyəcəyini vurğuladı.



Seçilən
20
trt.net.tr

1Mənbələr