AZ

Muxtar Babayev: Biz dünyada bütün çətinləri görmək üçün səfərlər etdik və təkliflər hazırladıq

Muxtar
"COP29 sədrliyi bütün maraqlı tərəflərə, müşahidəçiılərə, vətəndaş cəmiyyətinə, birgə xalqlara, özünü iqlim dəyişikliyinə həsr edən bütün şəxslərə öz təşəkkürümüzü bildiririk". 1news.az xəbər verir ki, bunu COP29 prezidentiAzərbaycanın Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un açılış mərasimində çıxışı zamanı deyib.
“Bu konfransın keçirilməsi inkluziv, şəffaf və həqiqətən də maraqların əsasında ortaya çıxıb. Biz də COP29 zamanı Azərbaycan qonaqpərvətliyini göstərmək istərdik. Yeni dostluqlar yaratmaq, səmimiyyət, qarşılıqlı hörmətlə bu dostluğu qurmaq istəyirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildirik. Onun fəal liderliyi və dəstəyi əsasında COP29-a hazırlıq yüksək səviyyədə həyata keçirilib". M.Babayev deyib ki, iqlim dəyişikliyi artıq qapıdadır.

“İspaniyada daşqınlar, Avstraliyada yanğınlar,Sakit Okeanın səviyyəsinin qalxması və Afrikada olan digər problemlərə görə istənilən yerdə insanlar kölgədə də əziyyət çəkirlər. İqlim dəyişikliyinə görə insanlar ölürlər, onlara bəyanatlar, dualar lazım deyil, onların rəhbərliyə, əməli işlərə ehtiyacları var. COP29 hamı üçün yol açan bir təşəbbüsdür. COP29 sədrliyi usanmadan uğurlu işlər görmək üçün çalışıb. Biz dünyada bütün çətinləri görmək üçün səfərlər etdik. Nəticə etibarı ilə ambisiyalı və balansı olan təkliflər hazırladıq”.

Seçilən
28
1news.az

1Mənbələr