AZ

Siqeru İsiba Yaponiyanın baş naziri seçilib

Yaponiya Liberal Demokrat Partiyasının (LDP) lideri Şiqeru İşiba parlamentin aşağı palatasında keçirilən səsvermənin ikinci turunda ölkənin baş naziri seçilib. Bu barədə noyabrın 11-də Yaponiyanın 47 News portalı məlumat yayıb. Xəbəri “Kommersant” verib. 

İşiba 221 səs, onun rəqibi, ana müxalifətdəki Konstitusiya Demokratik Partiyasının (KDP) rəhbəri Yoşihiko Noda isə 160 səs toplayıb.

İşiba hökumətinin azlıq hökumətinə çevriləcəyi dəqiqləşdirilir. Yaponiya parlamentindəki LDP “Komeito” partiyası ilə koalisiyada fəaliyyət göstərir və oktyabrın 27-də keçirilən parlament seçkiləri nəticəsində parlament çoxluğunu itirib.

Gün ərzində İşiba Nazirlər Kabinetini formalaşdırmalıdır. Keisuke Suzuki-nin ədliyyə naziri, Taku Etonun Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri, Hiromasa Nakanonun isə ictimai torpaqlar, infrastruktur, nəqliyyat və turizm naziri olacağı gözlənilir. Nazirlər imperator Naruhito tərəfindən təsdiqlənməlidir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
27
xalqqazeti.az

1Mənbələr