UEFA Millətlər Liqasının V turunda səfərdə Azərbaycan yığması ilə üz-üzə gələcək Estoniya seçməsinin səfər proqramı bəlli olub.
Bu barədə Bakıvaxtı.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Onun sözlərinə görə, rəqib komanda noyabrın 14-də, axşam saatlarında ölkəmizə gələcək.
Assosiasiya rəsmisi qonaqların tribunada 35 nəfərlik yer istədiklərini bildirib. 4-5 estoniyalı jurnalistin də Qəbələdəki matçda iş başında olacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda təşkil olunacaq Azərbaycan - Estoniya oyunu saat 18:00-da start götürəcək. Millimiz üç gün sonra İsveçin, estonlar isə Slovakiyanın qonağı olacaq.