Yaponiya Liberal Demokrat Partiyasının rəhbəri Şiqeru İşiba ölkənin Baş naziri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Parlamentin aşağı palatasında keçirilən səsvermənin ikinci turunda o, deputatların yarıdan çoxunun səsini qazanıb.
İşiba 221, onun ikinci turdakı rəqibi Yoşixiko Noda isə 160 səs alıb.
İsiba oktyabrın 1-də fəaliyyətə başlayan administrasiyasından sonra artıq ikinci hökumətini formalaşdıracaq.
Günün ikinci yarısında yeni hökumətin tərkibinin imperator Naruhito tərəfindən təsdiqlənəcəyi gözlənilir.