AZ

Türkiyə klubuna rəhbərlik etmək üçün “Leykers”dən ayrıldı

MBA tarixinin ən gənc skautu Kan Pelister “Los-Anceles Leykers”dəki vəzifəsini tərk edərək Çempionlar Liqasında çıxış edən Türkiyənin basketbol klubu olan “Manisa Basket”in baş meneceri olub. Bu barədə tanınmış ESPN jurnalisti Deyv Makmenamin məlumat verib.

2017-ci ildə 19 yaşında “Los-Anceles Leykers” tərəfindən İstanbulda skaut olaraq işə götürülən Kan Pelister Türkiyə Super Liqasında çıxış edən kluba rəhbərlik edəcək. Onun əvvəlki işi  Türkiyədə MBA və NCAA üçün oyunçular tapmaq olub.

Pelister Avroliqaya düşmək və ya MBA-ya qayıtmaq istəyən amerikalı istedadları yeni klubuna cəlb etməyi planlaşdırır.

Seçilən
24
futbolinfo.az

1Mənbələr