AZ

Bir dövrdən digərinə keçid yeniliklər olmadan mümkün deyil - “Alohas Regenerative Foundation”

Bakı. Trend:

Bir dövrdən digərinə keçid yeniliklər olmadan mümkün deyil.

Trend xəbər verir ki, bunu“Alohas Regenerative Foundation” təşkilatının həmtəsisçisi MarkBakley "Daxili inkişafı istifadə edərək yenilənən və imkanlarıgenişləndirən şəhərlərə keçidi dəstəkləmək" mövzusunda panelmüzakirəsi zamanı bildirib.

"Niyə burada, innovasiya mərkəzində daxili və xarici inkişafımüzakirə edirik? Çünki hər hansı bir inkişaf, hər keçid yeniliklərtələb edir, istər bu buxar maşını, istərsə də çap maşını, ya dakosmosa çıxış olsun. Bütün bu texnologiyalar bəşəriyyəti dəyişib",— o qeyd edib.

O əlavə edib ki, daxili və xarici inkişaf bir-birindənayrılmazdır.

"Biz yanlış olaraq düşünürük ki, daxili inkişafı dayanıqlıinkişaf məqsədlərindən ayrı şəkildə həyata keçirə bilərik, ammaonlar birgə işləyirlər. Əslində, dünya əməkdaşlıq əsasında qurulub,rəqabət deyil", - Mark Bakley qeyd edib.

M.Bakley həyat tərzimizin və yaşayış mühitimizin təkamülünəuzunmüddətli, sistemli bir yanaşmanın vacibliyini də qeyd edib.

M.Bakley, həmçinin, uzunmüddətli, sistemli yanaşmanın həyattərzimizin və yaşayış mühitimizin təkamülündəki əhəmiyyətinə diqqətçəkib.

"Biz dünyayla və bəşəriyyətlə birgə inkişaf edən canlı birsistem yaratmalıyıq, sadəcə olaraq gələcəyi təqib etməməliyik", — ovurğulayıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
15
2
az.trend.az

1Mənbələr