AZ

Rusiyanın Ukraynanın cənubuna hücum nəticəsində 6 nəfər həlak olub, region qubernatorları bildirir

Reuters: KİYEV (Reuters) - Ukraynanın cənubunda Rusiyanın hava hücumları nəticəsində gecə azı 6 nəfər həlak olub, beşi uşaq olmaqla 21 nəfər yaralanıb, bir neçə bina yandırılıb, -  deyə bazar ertəsi vilayət qubernatorları bildirib.

Region qubernatorlarının “Telegram”da yazdığına görə, Nikolayev vilayətində 5 nəfər, yaşayış binasının dağıldığı Zaporojye vilayətində isə 1 nəfər həlak olub.

Zaporojyedə ölənlər arasında 4 yaşından 17 yaşa qədər 5 uşaq da var.

“Reuters” xəbərləri müstəqil şəkildə yoxlaya bilməyib. Hələlik Rusiyadan heç bir şərh yoxdur.

Bazar ertəsi daha sonra Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın bir gecədə atdığı iki raketi və 74 pilotsuz təyyarədən 39-nu vurduğunu bildirib.

Hərbi Hava Qüvvələri daha 30 pilotsuz təyyarənin Ukrayna hava məkanında itirildiyini, daha üç pilotsuz təyyarənin Belarusa və Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərə uçduğunu bildirib.

Ukrayna və Rusiya mülki əhalini hədəf alan hücumlarını inkar edirlər, lakin Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücuma başlayandan bəri böyük əksəriyyəti ukraynalı olmaqla minlərlə insan həlak olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Nikolaev və Zaporojye vilayətləri, eləcə də Ukraynanın şərq yarısının böyük hissəsində bazar günü gecə saat 19:30-dan başlayaraq hava hücumu xəbərdarlığı edilib və Rusiya pilotsuz təyyarələrinin hücumu təhlükəsi olub.

 

Rusiyanın

Rusiyanın

Rusiyanın

Rusiyanın

Rusiyanın

Rusiyanın

Seçilən
64
37
turan.az

10Mənbələr