Qafqazda suyun itiirlməsi ilə bağlı problemlər mövcuddur.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un açılış mərasimində bildirib.
Onun sözlərinə görə, su ehtiyatlarının səmərəli idarə edilməsi və su itkilərinin qarşısının alınmasının həm region, həm də dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətlidir:
"Su itkiləri və suyun səmərəsiz istifadəsi, Qafqaz bölgəsi ilə yanaşı, dünyanın müxtəlif bölgələrində su təhlükəsizliyi və kənd təsərrüfatı üçün böyük təhdidlər yaradır. COP29-da su ehtiyatlarının qorunması, qlobal iqlim dəyişikliyinə qarşı tədbirlər və davamlı inkişaf məqsədləri çərçivəsində müzakirə ediləcək əsas mövzular arasında olacaq".
Əli Hüseynov