Türkiyənin "Ankaragücü" futbol klubunun sabiq prezidenti Fəruk Kocaya 3 il, 7 ay və 22 gün həbs cəzası
Türkiyənin "Ankaragücü" futbol klubunun sabiq prezidenti Faruk Kocaya hakimə hücum etdiyi üçün 3 il, 7 ay və 22 gün həbs cəzası verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NTV televiziya kanalı məlumat yayıb.
Hadisə 2023-cü ilin dekabrın 11-də Ankarada "Rizəspor"la matçda baş verib. Matçın sonunda sabiq klub prezidenti Halil Umut Melerə hücum edib və ona yumruq zərbəsi endirib.