"Şimali Koreya qoşunlarını ruslardan fərqləndirən yeganə xüsusiyyət mütəşəkkillik və intizamdır..."
Rusiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən sıxışdırılıb çıxarılması üçün aralarında KXDR döyüşçüləri olan 50 min hərbçidən ibarət qruplaşma hazırlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti ABŞ və Ukrayna rəsmi şəxslərinə istinadən məlumat verib.
Yeni dəyərləndirmələrə görə, qruplaşma digər istiqamətlərdən qüvvələri cəlb etmədən toplanıb. Bu, Rusiya ordusuna Ukraynanın şərqində hücum cəhdlərinin davam etməsinə imkan verir.
Jurnalistlərin məlumatlarına görə, hal-hazırda Şimali Koreya hərbi qulluqçuları intensiv məşq keçməkdədir. Onlar artilleriya dəstəyi, piyada bölmələrinin baza taktikası və səngərlərin təmizlənməsi üzrə təlimlər keçir, amerikalı məmurlar deyib.
Belə hazırlıq o deməkdir ki, hər halda Şimali Koreya əsgərləri Ukrayna Silahlı Qüvvələrinin müdafiə mövqelərinə hücumlarda iştirak edəcək.
Ukrayna kəşfiyyatı da bu fikirdədir. Kiyevin rəsmi nümayəndəsi deyib ki, Şimali Koreya hərbi qulluqçuları iki qrupa bölünüb, bunlar hücumçular və dəstək bölmələridir, onlar Ukrayna qoşunlarından alınan ərazilərdə müdafiəni təşkil edəcək.
Analitiklər güman edir ki, KXDR hərbi qulluqçuları xüsusi bölmələrin tərkibində olacaq. Buna baxmayaraq, onlara Rusiyanın ekipirovkası, snayper tüfəngləri, tankəleyhinə raketlər və reaktiv qumbataatanlar verilib. Güman edilir ki, Şimali Koreya hərbi qulluqçuları zirehli texnikanın dəstəyi olmadan piyada bölmələrinin tərkibində vuruşacaq.
Şimali Koreyanın sayca böyük orduya malik olmasına rəğmən, müasir müharibənin aparılması təcrübəsindən tamamilə mərhumdur. Qeyd edilir ki, KXDR hakimiyyəti Rusiyaya elita hesab edilən 10 minədək hərbi qulluqçu göndərib.
Amerikanın rəsmi şəxsləri güman edir ki, Rusiya və Şimali Koreya birləşmiş qüvvələrinə müdafiə olunan Ukrayna qoşunlarını sıxışdırıb çıxarmaq çətin olacaq.
Hücum edən tərəf, görünür, Rusiyanın Ukraynanın şərqində olduğu kimi, ağır itkilər verəcək. ABŞ və Böyük Britaniya hərbi analitiklərinin dəyərləndirməsinə görə, hazırda gün ərzində həlak olan Rusiya əsgərlərinin sayı 1200 nəfərdir.
Amerikanın müharibənin öyrənilməsi İnstitutunun ( ISW) analitiki Corc Barros qeyd edib ki, KXDR qoşunları yaxşı təşkil olunub. "Onları ruslardan fərqləndirən yeganə xüsusiyyət mütəşəkkillik və intizamdır", - o, hesab edir.