AZ

Hulusi Kılıç: "Başqalarının xəyal edə bilmədiyini Azərbaycan reallaşdırır"

"Azərbaycan başqalarının xəyal edə bilməyəcəyini reallaşdıran ölkədir. Buna görə də Azərbaycanımızın COP29 təşkilatçılığı türk dünyasına hər baxımdan nümunədir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən COP29 ərəfəsində Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, bütün dövlətlər, Ermənistan da daxil olmaqla Azərbaycanın COP29-a ev sahibliyi etməsinə razı olub:

"Burada dünyanın ən vacib problemi olan iqlim dəyişikliyi məsələsi müzakirə edilir. Bu məsələnin Azərbaycanda müzakirə edilməsi və həll yolunun tapılması çox vacibdir. İnsanlıq üçün ən böyük təhlükə olan iqlim dəyişikliyi İspaniyada, Avstraliyada sel fəlakətinə yol açıb. İqlim dəyişikliyinin yol açdığı fəsadlar həm maddi baxımdan, həm də insanların, təbiətin zərər görməsi aspektindən ciddi təhlükədir".

"COP siyasi arena deyil, dünyanın ən ciddi problemini həll etmək üçün müxtəlif dövlətlərin bir araya gəldiyi bir təşkilatdır, tədbirdir. Bir sıra Avropa ölkələrinin COP-da iştirak etmədiyini görürük. Bəzi ölkələr diasporların hiylələrinə uyaraq bura gəlmirlərsə, çox böyük səhv edirlər".

"Cebheinfo.az"

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr