AZ

Məşhur hindistanlı yoqin: COP29-un yaşıl dünya üçün həmrəyliyi təşviq etdiyini görmək çox xoşdur

“COP29-un yaşıl dünya üçün həmrəyliyi təşviq etdiyini görmək çox xoşdur”.

“İki sahil” xəbər verir ki, bu sözləri COP29 çərçivəsində Azərbaycanda səfərdə olan İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) bildirib.

Yoqin deyib ki, bu, həll yoluna doğru bir addımdır: “Yer üzünə əlavə etdiyimiz hər bir yaşıl yarpaq iqlim dəyişikliyi ilə mübarizədə kiçik bir addımdır”, - deyə o qeyd edib.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru mistik bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. Hindistanlı yoqin Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.

Seçilən
45
ikisahil.az

1Mənbələr