Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Kiyevdə hava hücumu xəbərdarlığına görə bazar ertəsi səhərini bomba sığınacağında keçirməyə məcbur olub.
Bizim.Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Borrell sığınacaqdan fotosunu paylaşıb və “Rusiyanın hər gün raket zərbəsi endirdiyi Kiyevdə günə bomba sığınacağından başlayıram.
Bu, Rusiyanın genişmiqyaslı müdaxiləsindən sonra Ukrayna xalqının gündəlik reallığıdır” şərhini yazıb.
Qeyd edək ki, ötən gecə Rusiya Ukrayna şəhərlərinə raket və PUA hücumu təşkil edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta