Noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə xarici ölkə başçılarının Azərbaycana səfərləri davam edir.
Bizim.Media xəbər verir ki, daha üç ölkənin rəsmisi - İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso və Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi Azərbaycana gəlib.
Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan rəsmiləri qarşılayıblar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta