AZ

Qarabağ ərazisinin işğalı zamanı Tərtər rayonu ərazilərindəki su ehtiyatlarına zərər vurulub

Bakı.Trend:

Biz bu gün qlobal miqyasda milyonlarla insana təsir edən üç əsasproblemi –kənd təsərrüfatının davamlılığı, su idarəçiliyini vəərzaq təhlükəsizliyi müzakirə etmək üçün buradayıq.

Trend xəbər verir ki, bunuCOP29 tədbirində QHT-lərin İqlim Böhranında Gücləndirilməsi Paneli:Kənd Təsərrüfatının Davamlılığı, Su İdarəçiliyi və ƏrzaqTəhlükəsizliyində Birgə Yanaşmalar panelində Beynəlxalq AvrasiyaMətbuat Fondununun prezidenti Umud Mirzəyev deyib.

O qeyd edib ki, statistikalar göstərir ki, dünya əhalisinin10%-i aclıq çəkir, kənd təsərrüfatı torpaqlarının 30%-i isədeqradasiyaya uğrayıb.

“İqlim dəyişikliyi nəticəsində bu problemlər daha daaktuallaşır. Su isə ərzaq istehsalında və kənd təsərrüfatında mühüməhəmiyyət kəsb edən, lakin qıtlığı sürətlə artan əsas resurslardanbiridir. Bu vəziyyətdə, dayanıqlı həllər tapmaq hər birimizinborcudur.

Bu çətinliklər fonunda, QHT-lər qlobal strategiyaları yerlireallıqlara uyğunlaşdırmaq və icmalarla birbaşa əməkdaşlıq edərəkdavamlı kənd təsərrüfatı və təbii resursların qorunmasına yönəliklayihələr həyata keçirmək kimi mühüm missiyanı üzərlərinəgötürürlər.

Xüsusilə, münaqişə sonrası ərazilərdə QHT-lər həm ekoloji, həmdə humanitar sahələrdə misilsiz işlər görürlər. Onlar minalardantəmizlənmiş torpaqları yenidən məhsuldar ərazilərə çevirərək,icmalar üçün yeni həyat və iqtisadi inkişaf imkanlarıyaradırlar.

Bildirmək istərdim ki, bir QHT olaraq, biz də cəmiyyətlər vəgələcək nəsillər üçün daha təhlükəsiz və çiçəklənən bilən bir dünyayaratmaq məqsədinə sadiq qalaraq davamlı addımlar atmaqdayıq.

Qeyd etmək istərdim ki, 2013-cü ildən etibarən BAMF BMT-ninƏtraf Mühiti üzrə Proqramının Əsas Qrup və İştirakçılarınınAssambleyasına üzv qəbul edilmişdir. Daha sonra davamlı inkşafhədəflərinin konturlarını müəyyən edən “Davamlı inkşaf və yaşıliqtisadiyyat” mövzusunda beynəlxalq tədbirin keçirilməsi və “Bakıdeklarasiyası” nın hazırlanması ilə post Sovet məkanında ilkə imzaatmışdır. Fəaliyyəti müddətində BAMF BMT-nin ofisində və digərölkərədə bir sıra ekologiya ilə bağlı tədbirlər keçirib.

Buna misal olaraq 2018-ci ildə Braziliyada keçirilən Dünya SuŞurasının təşkil etdiyi Səkkizinci Dünya Su Forumu çərçivəsində,BAMF tərəfindən istehsal olunan "Su-müharibə maşını" adlı sənədlifilm nümayiş etdirilib. Bu film, Azərbaycanın Qarabağ ərazisininişğalı zamanı Tərtər rayonu ərazilərindəki su ehtiyatlarına vurulanzərər və həmin ərazilərdə su mənbələrinin qorunmasının əhəmiyyətiniön plana çəkib.

Qeyd etmək istərdim ki, artıq 25 ilə yaxındır ki, BAMFAzərbaycan ərazilərində mina təhlükəsinə qarşı mübarizəproqramların da da iştirak edərək, gələcək nəsillər üçün dahatəhlükəsiz və daha firavan bir dünya qurmaq məqsədinə sadiqdir. Bugün burada toplanaraq, bu təşəbbüslərə olan sadiqliyimizi bir dahatəsdiqləyirik. Gələcəkdə bu təşəbbüsləri daha da genişləndirərək,iqlim böhranının ön cəbhəsində dayanan Vətədaş Cəmiyyətinin mühümseqmenti olan icmalar üçün davamlılıq və gücləndirici yollaryaratmaqda davam edəcəyik”,- deyə o qeyd edib.

Məqalədə:
Seçilən
44
3
az.trend.az

4Mənbələr