Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli “Boluspor”dakı karyerası ilə bağlı dəyişiklik etməyə hazırlaşır.
Apasport.az saytına verilən məlumata görə, 29 yaşlı futbolçu “Boluspor”u tərk edəcək.
Buna səbəb isə futbolçunun Türkiyə klubundakı durumudur. Belə ki, yarımmüdafiəçi oyun dəqiqəsindən narazıdır və buna görə də Türkiyə klubundan ayrılacaq.
Onun qış “transfer pəncərəsi” zamanı Türkiyə Birinci Liqa klubundan ayrılaraq özünə başqa komanda tapacağı gözlənilir.
Vüsalın xidmətində Albaniya və Azərbaycan klubları maraqlıdır. Lakin İsgəndərlinin Azərbaycana qayıtmağa müsbət yanaşmadığı, legioner həyatı yaşamaq istəyində olduğu bildirilir.
Qeyd edək ki, İsgəndərli 2024-cü il yanvarın 11-də “Boluspor”a keçib. Onun bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
"Kəpəz" yoxlama görüşü keçirməyəcək
“Kəpəz”in futbolçusu "fərqlənib"
Murad Məmmədov: "Hər bir gəncin xəyalıdır ki..."
“Sabah”ın futbolçusu Premyer Liqada yubiley matçı keçirib
Paçu Lira: "Layiq olduğumuz yerdə deyilik"