AZ

Şarl Mişel: Aİ Cənubi Qafqazda sabitlik və rifaha yönəlmiş səyləri dəstəkləyir

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri əvvəlki kimi dəstəkləməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Biz keçən həftə Budapeştdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşümdən sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyətini müzakirə etdik. Aİ Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır. Mən, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi təxirəsalınmaz iqlim gündəliyi nöqteyi-nəzərindən vacib məqam olan COP29-un keçirilməsi münasibətilə təbrik etdim. Aİ maliyyə həmrəyliyi və iqlim hədəflərimizə sadiqdir", - o qeyd edib.

Ş.Mişelin sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərin inkişafı məsələsi də müzakirə edilib.

Seçilən
22
10
musavat.com

10Mənbələr