AZ

Fransa "Netflix"-i ittiham edir

Fransa

Parisdə, eləcə də Amsterdamda yerləşən "Netflix"-in ofislərində axtarışlar aparılıb. Axtarışların hələ bitmədiyi, indiyə qədər qaranlıq qalan, qanuna zidd olan bir çox məsələlərin araşdırıldığı bildirilir.

Reyting.az
-ın məlumatına görə, Fransa hökuməti, həmçinin Niderland səlahiyyətliləri vergi fırıldaqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Paris şəhərində və Amsterdamda yayımlanan "Netflix"-ə məxsus nəhəng ofislərə xəbər vermədən, xüsusi bir əməliyyat məqsədi ilə qəfildən basqın ediblər.

Xatırladaq ki, iki ölkə rəsmiləri "Netflix" məsələsi ilə bağlı 2022-ci ilin noyabr ayında başlayan istintaq işi üzrə əməkdaşlıq edirlər.

"Netflix" hələlik baş verən bu basqınlarla bağlı heç bir konkret şərh verməyib, eyni zamanda fəaliyyət göstərdiyi yerlərdə vergi qanunlarına tamamilə əməl etdiyini təkidlə bildirib.

Qeyd edək ki, "Netflix"-in Amsterdamdakı ofisi şirkətin Avropa, Yaxın Şərq, eləcə də Afrika üzrə baş qərargahıdır.

Ötən il Fransada yayımlanan "Netflix"-in 2021-ci ildə vergi öhdəliklərini azaltdığı məlum olub. Fransanın irəli sürdüyü əsas iddiaya görə qalmaqala səbəb olan vergi hadisəsindən sonra belə bir tanınmış və nəhəng şirkət yenə qanunsuz hərəkətlər törədib.

"Netflix" Fransa ölkəsinin ərazisində əldə etdiyi bütün gəlirləri Niderlandda bəyan etməklə faktiki olaraq Fransadakı böyük fəaliyyətini şübhə altına qoyub.

Oqtay QORÇU
Seçilən
38
reyting.az

1Mənbələr