AZ

Müharibədə dönüş yaradacaq qərar: “Rusiya tezliklə təslim ola bilər”

Ukrayna yalnız Rusiyanın bütün əraziləri geri qaytarması şərtilə danışıqlar masasına oturmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Roman Svitan deyib.

Onun sözlərinə görə, hazırda Ukraynanın ABŞ-ın ciddi dəstəyinə ehtiyacı var ki, bu da Rusiyanı dayandırmağa və Kiyevin müharibədə qələbə qazanmasına kömək edə bilər.

“Bu dəstəkdən biri Rusiyaya müharibədə yardım edən Çinlə mübarizədə Ukraynaya kömək göstərməkdir. Yəni Budapeşt Memorandumuna əsasən öz öhdəliklərinizi yerinə yetirin. Bizə artıq iki nüvə dövləti hücum edib. İkincisi, verdiyiniz vədi yerinə yetirin. 2022-ci ili xatırlayın, məhz Respublikaçılar Partiyası bizim üçün “lend-liz”i imzalamışdı. 500 milyard dollarlıq bir müqavilə. Biz bu borcu gələcəkdə Rusiya reparasiyaları hesabına ödəyəcəyik. İndi bu mexanizm işə düşsə, bizə Trampdan heç nə lazım olmayacaq. Belə olsa, artıq yanvarın 21-də Rusiyanın təslim olmasını görmək mümkün olacaq”, - Svitan vurğulayıb.


Müəllif: Qənirə Süleymanova
Seçilən
134
32
teleqraf.com

10Mənbələr