AZ

Şəhid qızı Dərya Hüseynova Avropa çempionu oldu

Azərbaycan taekvondoçuları Esmanur Azayeva və Dərya Hüseynova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının qalibi olublar.

Arena.az bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, Albaniyanın paytaxtı Tiranada kiçik yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Azərbaycan millisi yarışı 5 medalla başa vurub.

Taekvondoçularımızdan Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion titulana yiyələniblər.

Yalnız finalda məğlub olan Şahin Abdullayev (48 kq) və Aliyə Məmmədli (+57 kq) gümüş medalla kifayətləniblər. Yusif Zeynallı (52 kq) isə Avropa üçüncüsü olub.

Qeyd edək ki, yeniyetmə çempion Dərya 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elbrus Hüseynovun qızıdır.

Azərbaycan yığması bu Avropa birinciliyində komandanın böyük məşqçisi Ziya Qasımovun rəhbərliyi altında oğlanlar arasında 6, qızlar arasında 4 taekvondoçu ilə təmsil olunub.

Seçilən
57
1
arena.az

2Mənbələr