AZ

Rusiyada günəbaxan yağı bahalaşıb - SƏBƏB

Rusiyada günəbaxan yağı bahalaşıb.

BAKU.WS "Kommersant"a istinadən xəbər verir ki, Rusiyada günəbaxan yağı qiymətləri Novorossiyskdən ixrac edilən günəbaxan yağının qiymətinin bir ayda 11%, illik artışla isə 43,2% qalxmasından sonra bahalaşıb.

Dünya miqyasında palma yağı qiymətlərinin artması günəbaxan yağına olan tələbin artmasına səbəb olur.

Oktyabrın sonunda məlum olub ki, 2024-cü ilin doqquz ayında Rusiyaya palma yağı tədarükü 8,7% azalıb və 638 min tona düşüb. Bunun əsas səbəbi logistika çətinlikləridir - məhsulun daşınma marşrutu Qırmızı dənizdən keçirdi. İkinci səbəb isə dünya bazarında palma yağı qiymətlərinin artmasıdır, çünki İndoneziyada məhsulun yığımında problem yaranıb.

Qeyd edək ki, 18 oktyabrda "Rusprodsoyuz" Rusiyanın ticarət şəbəkələrində kərə yağına orta qiymət artımının 70%-ə çatdığını açıqlamışdı.

Seçilən
52
1
hit.az

2Mənbələr