AZ

Azərbaycan ilə San-Tome və Prinsipi arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində San-Tome və Prinsipinin ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" hesabında yazıb.

Nazir bildirib ki, görüş zamanı iqlim fəaliyyətinin səmərəliliyinin artırılmasında iqtisadi alətlərin əhəmiyyəti, ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları və potensial sahələrdə fəaliyyətin əlaqələndirilməsi məsələri müzakirə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
24
milli.az

1Mənbələr