İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən sammitində müsəlman ölkələrinin liderləri Qəzza zolağında və Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını tələb ediblər.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sammitdə çıxışı zamanı İsraili istənilən təcavüz təzahürlərindən çəkinməyə çağırıb.
İordaniya Kralı II Abdullah isə bölgədə dağıntıların və eskalasiyanın dayandırılması üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib.
“Biz boş sözlər eşitmək istəmirik. Biz bu faciəyə son qoymaq, Qəzzadakı xalqımızı xilas etmək və onlara lazım olan yardımı təmin etmək üçün ciddi mövqe, nəzərəçarpacaq səy istəyirik”, - monarx bildirib.
Livanın Baş naziri Nəcib Mikati isə qeyd edib ki, ölkəsi hətta mövcudluğunun təhdid altında olduğu görünməmiş böhran yaşayır.
“Livan bu gününü və gələcəyini təhdid edən görünməmiş tarixi və ekzistensial böhranla üz-üzədir”, - o söyləyib.