AZ

“20 dəqiqə futbol oynadıq” – darmadağın olan komandadan etiraf

1-ci liqanın 7-ci turunda “İmişli”ni qəbul edən “Zaqatala” darmadağın oldu – 1:4.

Liderlərdən uzaq düşən komandanın baş məşqçisi Rüstəm Məmmədov “Football-plus.az”a oyunla bağlı bunları dedi:

“20 dəqiqə futbol oynadıq. Oyun üstünlüyü və verilən tapşırıqlar, sadəcə, 20 dəqiqə yerinə yetirildi. Rəqib hesabı bərabərləşdirdikdən sonra futbolçularımda inamsızlıq yarandı. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Rəqib üstünlüyü artırandan sonra çalışırdıq ki, biz də hücumlar quraq. Əslində pis də alınmırdı. Təəssüf ki, qapımızda gördüyümüz 3-cü topda qapıçımız texniki səhvə yol verdi. Futbolda belə hadisələr olur. Aşağı liqalarda daha çox cavan uşaqlardı. Səhv olmalıdı ki, onlar səhvləri üzərində böyüsünlər. Hər biri səhvlərini düzəltməyə çalışacaq”.

ƏSƏD SEYİDOV
Seçilən
37
football-plus.az

1Mənbələr