AZ

Qızını vuran məşqçi-ataya 6 aylıq cəza

Kosovalı baş məşqçi Valmir Fetiu 6 aylığa diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, bu barədə Avropa Taekvondo İttifaqı (ETU) məlumat yayıb.

Valmir Fetiu qızı Valinanı vurduğuna görə cəzalanıb. Hadisə Tiranada keçirilən Avropa çempionatında baş verib. Taekvondoçunun serbiyalı rəqibi ilə final görüşündə uduzması onun sillələnməsi ilə nəticələnib. Fetiunun sözlərinə görə, o, qızını cəzalandırmaq üçün deyil, sakitləşdirmək məqsədilə belə addımı atıb.

Qeyd edək ki, məşqçi bütün milli və beynəlxalq yarışlardan kənarlaşdırlılıb.

İdman.biz

Seçilən
61
idman.biz

1Mənbələr