AZ

Qışda millinin müdafiəçisini ala bilər - Paytaxt təmsilçisi

Almaniya millisinin və Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta İspaniya çempionatında özünə klub tapa bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

“Real” almaniyalı futbolçunun xidmətində maraqlıdır. “Kral klubu” mərkəz müdafiəçilərinin zədələnməsi səbəbindən bu mövqeni gücləndirmək istəyir. Müqavilə qış transfer pəncərəsində tamamlana bilər.

28 yaşlı müdafiəçinin “əczaçılar”la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, Almaniya çempionatının cari mövsümündə 10 oyun keçirib.

Seçilən
45
sportinfo.az

1Mənbələr