AZ

Flik: “Bəhanəmiz yoxdur”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Real Sosyedad”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Bizim günümüz deyildi. Məğlubiyyəti qəbul etməliyik. Rəqibimiz çox əzmkar oynadı. Bəhanəmiz yoxduq, kifayət qədər yaxşı oynamadıq. Son qərarlarda səhvlərə yol verdik. Yaxşı nəticə üçün çalışırdıq, amma olmadı”.

“Barselona” La Liqada 13 turdan sonra 33 xalla birinci sıradadır.

Seçilən
47
futbolpress.az

1Mənbələr