AZ

İsraili beynəlxalq səviyyədə təcrid etmək vacibdir -

Türkiyə Prezidenti Ərdoğan Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında çıxış edib. Metbuat.az xəbər verir ki, Ərdoğan çıxışında qlobal və regional məsələlərdən danışıb. O bildirib ki, İsrailə silah embarqosu tətbiq etmək lazımdır. Ərdoğan çıxışında bunları deyib:

“İsrailin Qəzza və digər Fələstin torpaqlarında həyata keçirdiyi qırğında bu günə qədər 70 faizi uşaq və qadın olan 50 min fələstinli şəhid olub. İsrail iki dövlətli həlli ortadan qaldırmağı hədəfləyir. Netanyahu hökuməti bir tərəfdən İrana qarşı hərbi gərginliyi artırarkən digər tərəfdən Livana hücumlarını davam etdirir. İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazər vermir. Diqqətimizi dərhal atəşkəsə nail olmağa yönəltməklə yanaşı, Qəzzaya humanitar yardımın çatdırılması üçün də təcili həll yolları tapmalıyıq. İsrailə silah embarqosu tətbiq etməklə, İsraillə ticarəti dayandırmaq və təcavüz bitməyənə qədər İsraili beynəlxalq səviyyədə təcrid etmək vacibdir”.

Seçilən
37
1
metbuat.az

2Mənbələr