AZ

Ədalət Partiyası Tovuz şəhərində Qarabağ müharibəsi əlil və veteranları ilə görüş keçirib - FOTO

Ədalət partiyasının təmsilçiləri Tovuz şəhərində veteranlarla görüş keçirib.
Partiyadan Aznews.az-a verilən məlumata görə, öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra partiyanın sədr müavini Vüsalə Dadaşova Ədalət Partiyasının sədri, siyasi-ictimai xadim, prof. İlyas İsmayılovun tədbir iştirakçılarına salamlarını çatdırıb, onları Zəfər Bayramı münasibəti ilə təbrik edib, rayon veteranları, əlil və ağsaqqallarına partiyanın 8 Noyabr Zəfər Bayramı ilə bağlı bəyanatını səsləndirib.
Azərbaycan Vətən MüharibəsiVeteranları İctimai Birliyi Tovuz şöbəsi və Qarabag Əlillərinə Qaygı İctimai BirliyiTovuz filialının sədri Etibar Vəliyev çıxışında Vüsalə Dadaşovanı hələ Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il deputat seçki kampaniyasından tanıdıqlarını və göstərdiyi qayğı və xidmətlərə görə onu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin fəxri üzvü seçdiklərini və Azərbaycan Respublikasının Milli Ordusunun 100 illiyi ilə bağlı təsis olunmuş “Milli Ordu – 100” medalı ilə təltif etdiklərini bildirib və ona veteranları daima diqqətində saxladığı, mütəmadi görüşlərinə gəldiyi üçün minnətdarlıq edib.
Tədbirdə Qarabağ və Tovuz rayonu uğrunda mübarizə aparan 1-ci Qarabağ müharibəsi veteranlarının mövcud problemlərindən bəhs olunub və Prezident İlham Əliyevin müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında və keyfiyyətli həllinə nail olunması, hər cür diqqət və qayğı ilə əhatə olunması, tibbi sığorta və güzəştli vergi və mənzil imtiyazları ilə təmin olunması istiqamətindətəyin etdiyi və apardığı siyasət çərçivəsində Vətən Müharibəsi veteranları ilə yanaşı, 1-ci Qarabağ Müharibəsi veteranlarınında lazımınca yararlanmaları üçün partiya rəhbərliyindən , onların da mümkün imkan və mexanizmləri ilə köməklik göstərmələri xahiş olunub.

Tədbirdə həmçininpartiyanın rəhbərliyi tərəfindənfəaliyyətləri istiqamətində dövlətçilik ənənələrinin qorunmasının prioritet olduğu bildirilib, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, və onlarla əməkdaşlığı, qarşılıqlı əlaqələri möhkəmləndirmək məqsədilə bu cürgörüşlərin mütəmadi təşkil olunmasına çalışılacağı vurğulanıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Seçilən
27
1
aznews.az

2Mənbələr