Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan futbol mütəxəssisi Pelleqrino Mataratso Almaniyanın “Hoffenhaym” klubundan ayrılıb.
Arena.az bu barədə Bundesliqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Komandanın son dövrlərdəki inamsız çıxışı 46 yaşlı mütəxəssisin qovulması ilə nəticələnib.
“Hoffenhaym” Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümündə keçirdiyi 10 oyunda cəmi 9 xal toplaya bilib. Sözügedən komanda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Komanda 10 turdan sonra yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Pelleqrino Mataratso 2023-cü ilin fevral ayından “Hoffenhaym”a rəhbərlik edirdi. 46 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 67 oyuna çıxarıb. Bundesliqa təmsilçisi bu görüşlərdə 24 qələbə qazanıb, 14 heç-heçə edib, 29 məğlubiyyətə üzülüb.
Mataratso daha öncə də “Hoffenhaym”da çalışıb. O, 2017-2018-ci illər aralığında bu klubun əvəzedici komandasına rəhbərlik edibsə, 2019-cu ilə qədər də əsas komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Amerikalı mütəxəssis “Hoffenhaym”dan öncə “Nürnberq”in ikinci komandasında da köməkçi məşqçi kimi çalışıb, həmçinin “Ştutqart”a rəhbərlik edib.komandasının baş məşqçisi olmuş ABŞ-dan olan mütəxəssis Pelleqrino Mataratso özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bundan sonra Bundesliqanın digər təmsilçisi “Hoffenhaym”a rəhbərlik edəcək.