AZ

“Onun sayəsində neçə körpə həyatda qalıb”

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva erkən doğuş hallarına diqqət çəkib.

OLAY yazır ki, iş xanımı instaqram səhifəsində tanınmış ginekoloq Aynurə Abdullayevanın uğurunu işıqlandırıb. R. Əliyeva bildirib ki, tanınmış həkim pasiyentinin erkən doğuş etməsinin qarşısını alıb, onun və körpəsinin həyatını xilas edib:

“Bir qadın üçün ən dəhşətli hadisə körpəsini itirmək qorxusudur. Biz bunun nə olduğunu 2 dəfə yaşamışıq. Bizim Türkan hər iki uşağını çox erkən dünyaya gətirib. Biz hər şey elədik ki, bu prosesin qarşısını alaq. Amma ala bilmədik. Və ana üçün də, körpə üçün də bu çox böyük travma idi. İnanın, sözdə erkən doğuş çox rahat səslənir. Amma bunun fəsadlarını aylarla, illərlə yaşayırsan və bu çox böyük riskdir. Maddi tərəfini demirəm hələ, uşağın sağlamlığı, ananın yaşadığı stress, ailənin həyəcanı sözlə ifadə ediləsi deyil. Aynurə xanım, kaş ki sizi illər öncə tanıyardıq. Sizin sayənizdə neçə-neçə belə xanımlar bu travmadan qurtulub, bəlkə də neçə körpə həyatda qalıb. Siz, Azərbaycan tibbində bir tapıntısınız. Xanımlar, özünüzü də körpənizi də bu riskdən sığortalayın, doğru həkimlərə müraciət edin. Siz çox gecikdiyinizi belə hesab etsəniz də, Aynur xanım mümkün olmayanları belə edəcək”.

Seçilən
45
olay.az

1Mənbələr