AZ

Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib? –XAÇATURYAN ÖZÜ DANIŞDI

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın səhhəti pisləşib və o, xəstəxanaya yerləşdirilib.

 

Senzor.az bildirir ki, bu məlumatı erməni KİV-ləri yayıb.

 

Qeyd olunub ki, onun ürəyində problem yaranıb və V.Xaçaturyan dünən xəstəxanaya yerləşdirilib. Hətta o da xüsusi vurğulanıb ki, ölkənin səhiyyə naziri Anahit Avanesyan Xaçaturyanı xəstəxanada ziyarət edib.

 

Ermənistan prezidenti Vaaqn Xaçaturyan isə “Sputnik Armeniya”ya açıqlamasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

 

Prezident qeyd edib ki, bu gün saat 8:30-dan işdə olub və hələ də öz kabinetindədir.

 

“Bunların hamısı böhtandır, mən sizə sübut kimi prezidentlik standartını göstərə bilərəm”, - deyə Xaçaturyan video zəng zamanı bildirib.

 

Prezident onu da əlavə edib ki, belə məlumatları kimin və nə üçün yaydığını başa düşmür.

Seçilən
34
senzor.az

1Mənbələr