AZ

Ermənistan prezidentinə nə olub? - KİV xəstəxanada olduğunu yazır

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat doğru deyil.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan mətbuatı yazmışdı ki, Vaaqn Xaçaturyanın ürəyində problem var və xəstəxanaya yerləşdirilib. Onun “Best Life” tibb mərkəzində olduğu bildirilirdi.

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr