AZ

Günün qoroskopu: problemlər yarana bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - işdə uğurlar istisna deyil. Peşəkar məziyyətləriniz və bacarıqlarınız diqqətsiz qalmayacaq. Karyera müstəvisində irəliləyə bilərsiniz. Nüfuzlu insanların dəstəyindən yararlanın.

Günün ikinci yarısında kiçik problemlər yarana bilər. Köhnə müttəfiqlərin proseslərə müdaxiləsi nəticəsində sədləri tezliklə dəf edəcəksiniz.

Axşam saatlarında maraqlı tanışlıq, yaşamınızda önəmli rol oynayacaq görüş olacaq. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Kimin nəyə layiq və qadir olduğunu, kimin inanılası adam sayıla biləcəyini anlayın. Yaramaz insandan uzaq durun.

Buğa - mürəkkəb, amma məhsuldar gündür. Asan qələbələrə bel bağlamayın. Qarşıya qoyduğunuz məqsədlərə yalnız böyük səylər və zəhmət bahasına çata biləcəksiniz. İş və karyera ilə bağlı məsələlərdə diqqətli olun. Qərarlarınız, əməlləriniz sayəsində ətrafınızdakı insanların hörmətini qazanmağa çalışın.

Günün ikinci yarısında uğurlarınız bədxahlarla paxılları sinirləndirəcək. Onlar sizə zərər vurmaq üçün əllərindən gələni edəcəklər.

Ailədə münaqişə, yaxınlarla fikir ayrılıqları istisna deyil.

Yaxınlarınızın ümid etdikləri kompromisləri unutmayın. Amma maraqlarınızı da qurban verməyin.

Əkizlər - müsbət təmayüllərin təsiri artacaq. Uğurlu gündür. Yeni kəşflər, dəyərli məlumatın alınması, önəmli görüş ola bilər. Aktiv olun. Süstlük və ətalət işlərinizə ağır zərbə vuracaq.

İctimai həyatdan kənarda qalmayın.

Günün ikinci yarısında işgüzar danışıqlar pis alınmayacaq. Çoxdankı opponentləri fikirlərindən döndərə bilərsiniz.

Qəfil təklifi qəbul etsəniz, axşam saatlarını yaxşı keçirmək imkanı yaranacaq. Maraq və fikirlərinizi bölüşən insanlarla qarşılaşa bilərsiniz. Yeni münasibət də formalaşacaq.

Xərçəng - sakit və təmkinli qalmaq asan olmasa da, hisslərinizə nəzarət edin. Belədə çətin situasiyalarda özünüzü itirməyərək dürüst qərarlar verə bilərsiniz. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Çətinliklərdən qeyri-standart çıxış yolları var. Yenilikləri əxz edin.

Günün ikinci yarısında faydalı məlumatı tez əldə edəcəksiniz.

Axşam saatlarında sevdiyiniz insanla münsibətləri qısqanclıq və şübhələrlə korlamayın. Yaşananları müzakirə edərək şübhələr, həyəcandan qurtulun. Yardım üçün dostlara müraciət edin. Onlar sizə kömək edəcəklər.

Şir - əlverişli, yaxşı gündür. Yeni problemlər yaranmayacaq. Günlərdən bəri çözümünü gözləyən məsələni qulaqardına vurmayın. Strateji düşünün, situasiyanın inkişaf istiqamətlərini təxminləməyi bacarın. Köhnə düşməni zərərsizləşdirin, bədxahları yolunuzdan kənarlaşdırın.

Günün ikinci yarısında yaxınlarınızın sizin dəstəyinizə ehtiyacı olacaq. Emosional yardımları əsirgəməyin. Ailə münasibətlərini möhkəmləndirin. Çoxdankı münaqişələrdən birini nizamlaya bilərsiniz.

Qız - maraqlı məlumat, mühüm xəbər alacaqsınız. Həmin məlumat planlarınıza təsir edəcək. Dəyişikliklər qaçılmazdır. Bəzi məqsədlərə çatmaq üçün yeni yollar seçilməlidir. Fərqli ideyalardan bəhrələnin.

Günün ikinci yarısında işgüzar danışıqlar məhsuldar olacaq. Yeni tərəfdaşların nəyə qadir olduğunu araşdırın.

Şəxsi münasibətlərdə isə hər şey normal deyil. Həddən artıq əsəbi, sinirli olmayın. Mənfi emosiyaların təsiri altında düşünülməmiş addımlar atsanız, sonradan peşman olacaqsınız.

Seçilən
114
2
publika.az

2Mənbələr