AZ

Mehmet Eli Erbil: "Sərdar Ortacla məni aldatdılar"

Sosial mediada qanunsuz mərc oyunlarına təşviq etmə maddəsi ilə saxlanılan şoumen Mehmet Əli Ərbil ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, məhkəmədən çıxarkən jurnalistlərin suallarını cavablandıran Ərbil bunları deyib:

“Qanunsuz mərc oyunlarının əleyhinə olduğumu sosial şəbəkədə dəfələrlə demişəm. Açılış üçün Maltaya getdik və Serdar Ortaçla özümüzü belə bir mühitdə gördük. Dedilər ki, siz xəstələrə kömək edəcəksiniz, biz orada MS xəstələrinə, xərçəng xəstələrinə kömək etməyə çalışdıq. Amma məsələni başqa yerə apardılar. Belə bir məsələnin içində olduğum üçün çox peşmanam".

Qeyd edək ki, bu gün Sərdar Ortaç da eyni səbəbdən hakim qarşısına çıxarılıb və ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.


Müəllif: Teleqraf.com
Seçilən
126
1
teleqraf.com

2Mənbələr