AZ

Rusiyalı həkim bağırsağa ziyan olan yeməkləri açıqlayıb

Rusiyalı həkim bağırsağa ziyan olan yeməkləri açıqlayıb.

BAKU.WS rus mediasına istinadən xəbər verir ki, yağlı qidaların, qızardılmış yeməklərin, karbohidratların, məsələn, ağ düyünün olması həzm prosesini ləngidə bilər və bu da bağırsaqlarda narahatlığa səbəb olur. Belə qidaların xüsusilə günün ikinci yarısında yeyilməsi daha ziyandır.

İnsanların bağırsaq sağlamlığını yalnız gündüz deyil, həm də yatmadan əvvəl qorumağa çalışması vacibdir.

Proktoloq, onkoloq və cərrah Elena Smirnova Telegram kanalında izah edib ki, qızardılmış yeməklərdən qaçınmaq lazımdır. Bu cür qidalar bağırsaqların selikli qişasını qıcıqlandırır, həmçinin artıq qazların yaranmasına və qəbizlik probleminə səbəb olur.

Bəs hansı hallarda tərəvəzlərin istehlakı bağırsaqların işini pisləşdirə bilər?

Ümumiyyətlə, bu, insanın qidada lifli tərəvəzlərin miqdarını birdən artırması halında baş verir. Gün ərzində tövsiyə edilən 30 qram lif təxminən 400-500 qram tərəvəz və meyvələrə bərabərdir.

Həkim qeyd edib ki, tərəvəz və meyvələrdən sonra bağırsaqlarda narahatlıq hissi yalnız bağırsaqlarda iltihab prosesi gedirsə, müşahidə olunur.

Seçilən
73
musavat.com

1Mənbələr