AZ

Hakimi döyən prezidentə 3 il həbs!

Ötən mövsüm ''Ankaragücü'' - ''Çaykur Rizəspor'' matçının ardından hakim Xəlil Umut Melərin üzərinə hücum çəkərək onun sifətinə yumruq zərbəsi endirən ankaralıların sabiq prezidenti Faruk Koca və onun əlaltıları ilə bağlı yekun qərar açıqlanıb.

Ankaradakı 3-cü Əsliyə Cəza Məhkəməsində bu məsələ ilə bağlı sonuncu iclas keçirilib. İclasda Melər və Koca iştirak etməsə də, onların vəkilləri iştirak edib. Melərin vəkili qarşı tərəfin ən ağır şəkildə cəzalandırılmasını tələb edib. Vəkillərin son sözlərindən sonra bir ildən artıqdı, davam edən bu prosesdə yekun qərar açıqlanıb.

Beləliklə, Kocaya 3 il 7 ay 22 günlük həbs cəzası verilib! Onun köməkçilərindən Kənan Çelikkayaya 5 il 15 gün, Yunus Şahinə 4 il 2 ay 12 gün, Osman Ərkam Cana isə 1 il 3 ay 12 günlük həbs verilib.

ƏLİ

Seçilən
140
football-plus.az

1Mənbələr