AZ

ABŞ Suriyada iranyönümlü qruplaşmaların obyektlərinə hücum edib

ABŞ hərbçiləri Suriyada iranyönümlü qruplaşmalarla əlaqəli doqquz obyektə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə bildirib.

Bəyanatda vurğulanıb ki, hücum “son 24 saat ərzində amerikalı personala qarşı bir neçə həmləyə cavab” olub.

“Bu zərbələr İranın dəstəklədiyi qruplaşmaların ABŞ və koalisiya qüvvələrinə qarşı gələcək hücumları planlaşdırmaq və həyata keçirmək qabiliyyətini azaldacaq”, – CENTCOM əlavə edib.

Seçilən
85
2
far.az

4Mənbələr