AZ

Nazir: İqlim dəyişikliklərinin aqrar sahəyə təsiri həddən çoxdur

COP 29 Azərbaycanda keçirilən ən mühüm tədbirlərdən biridir. Tədbir çərçivəsində iqlim dəyişikliyi ilə bağlı olan müzakirələr aqrar sahəyə öz töhfəsini verəcək.

APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O, qeyd edib ki, iqlim dəyişikliklərinin aqrar sahəyə verdiyi neqativ təsirlər həddən artıq böyükdür:

"19 noyabr tarixində Kənd təsərrüfatı, Qida və Su Günü keçiriləcək və həmin gün aqrar sahə ilə bağlı, iqlim dəyişmələrinin aqrar sahəyə təsirləri ilə bağlı müzakirələr aparılacaq. Azərbaycanda irəli sürülən 14 təşəbbüsdən biri aqrar sahə ilə bağlıdır. Bu, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsüdür. Ümid edirik ki, bu təşəbbüs bütün indiyə kimi olmuş aqrar təşəbbüslərin bir yerdə aqreqatoru rolunu oynayacaq. Bu təşəbbüsləri bir yerə toplayacaq, koordinasiya edəcək və aqrar sahə və fermerlər üçün qərarlar veriləcək".

Seçilən
66
3
apa.az

4Mənbələr