AZ

Həyat yoldaşı Devid Bekhemin ən çətin günlərindən danışdı

style='margin-bottom:10px;'>

Britaniyalı müğənni, aktrisa və iş qadını Viktoriya Bekhem həyat yoldaşı, İngiltərə millisinin sabiq üzvü Devid Bekhemdən danışıb.

QOL.az xəbər verir ki, o, 49 yaşlı yarımmüdafiəçinin həyatının ən çətin anlarından söz açıb: 

“Həyatımızın ən çətin dövrü 1998-ci ildə Fransada keçirilən dünya çempionatından sonra oldu. Devid məğlubiyyətə görə tənqid ediləndə oğlum Romeo ilə eyni yaşda idi. 22 yaşlı oğlan üçün bu çox çətindir. Ancaq bir-birimizə sahib çıxdıq, qalanı isə tarixdir. Bizim başqa seçimimiz yox idi”.

Xatırladaq ki, 1998-ci il dünya çempionatının 1/8 finalında İngiltərə yığması Argentina millisi ilə qarşılaşıb. 47-ci dəqiqədə Bekhem rəqib futbolçu ilə toqquşub və ona təpik vurub. Buna görə də o, meydandan qovulub. İngiltərə yığması penaltilər seriyasında məğlub olaraq vətənə yollanıb. Həmin epizoddan sonra ingilis jurnalistlər Devidi məğlubiyyətin əsas günahkarına çeviriblər.

Seçilən
38
teleqraf.com

1Mənbələr